Azərbaycanın yunan-Roma güləşçisi Qazaxıstanda bürünc medal qazanıb
09 oktyabr 2024 904
Azərbaycanın yunan-Roma güləşçisi Kamran Rəcəbli Qazaxıstanın Çimkənd şəhərində keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanıb.
72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Akademik Mərdan Saparbayevin xatirəsinə təşkil olunmuş ənənəvi yarışda fərqlənib.
Qeyd edək ki, turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb. Azərbaycanın U-20 milli komandası yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında 4 idmançı ilə təmsil olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı