Azərbaycanın yunan-Roma güləşçisi reytinq turnirində bürünc medal qazanıb
13 yanvar 2024 125
Azərbaycanın daha üç yunan-Roma güləşçisi Xorvatiyada keçirilən reytinq turnirində çıxışlarını başa vurub.
67 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov bürünc medal uğrunda misirli Mustafa Alameldini 5:1 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarışa 1/4 finaldan start verən Murad Məmmədov (63 kiloqram) fransalı Stefan Klementə qalib gəlib – 6:4. Ancaq bu görüşdə qolundan zədələndiyi üçün turnirdə çıxışını başa vurub.
Qadınların mübarizəsində 57 kiloqramda Jalə Əliyeva 1/8 finalda çinli Kexin Honqa uduzub – 9:20. Təsəlliverici görüşdə ukraynalı Solomiya Vinniki “tuş”la üstələyən Əliyeva bürünc medal uğrunda qarşılaşmada moldovalı Anastasiya Nikitayla bacarmayıb – 4:14.
Qeyd edək ki, Azərbaycan güləşçiləri bundan əvvəl reytinq turnirində beş medal qazanıblar. Yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Sərbəst güləşçilər Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram), eləcə də qadın güləşçi Alyona Kolesnik (59 kiloqram) bürünc medala sahib çıxıblar.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı