Azərbaycanın yunan-Roma güləşçisi U-17 dünya çempionatında gümüş medala sahib çıxıb
28 iyul 2026 - 20:20 2351
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı iranlı Rezai Hasana məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha əvvəl Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı