Xəbərlər

Azərbaycanın yunan-Roma güləşi yığması dünya ikincisi olub

03 avqust 2023 209

Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

Mundialda 5 medal qazanan Azərbaycan millisi 108 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığma medalların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.