Azərbaycanın zədəli cüdoçularının son durumu açıqlanıb
30 yanvar 2025 780
Azərbaycan millisinin zədəli cüdoçularının vəziyyətinə aydınlıq gəlib.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının performans direktoru Riçard Trautman qurumun rəsmi saytına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Elcan Hacıyev, Yaşar Nəcəfov və Gültac Məmmədəliyeva cərrahiyyə əməliyyatından sonra bərpa prosesindədirlər: “Onlar tam gücləri ilə olmasa da, artıq məşqlərə qayıdıblar. Bununla belə, irəliləyiş aydındır və onlar optimal formalarına qayıtmaq yolunda inamla irəliləyirlər”.
R.Trautman Turan Bayramov və Vüqar Talıbovun hərbi xidmət səbəbindən müvəqqəti olaraq idman fəaliyyətlərini dayandırdıqlarını söyləyib: “Turan cəmi bir ay əvvəl məşqlərə qayıdıb, tezliklə Vüqar da onlara qoşulacaq. Digər idmançılarımızın da kiçik çətinlikləri var. Məsələn, Zelim Tçkayevin kiçik zədələri var və onların müalicəsi tələb olunur. İlin əvvəlində Bakıda, Parisdə və Daşkənddə keçiriləcək turnirlərdə iştirak planlaşdırılıb. Bu yarışlarda, belə demək mümkünsə, eksperimental heyət iştirak edəcək. Heyət idmançıların hazırlıq səviyyəsinə əsasən formalaşdırılacaq. Əsas diqqət gənc, iddialı və istedadlı cüdoçularımızın potensialını yoxlamağa yönəldiləcək”.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı