Azərbaycanla Cənubi Koreya arasında taekvondo üzrə birgə layihələrin təşkili müzakirə olunub
04 iyun 2025 731
Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva Cənubi Koreyanın Pohanq şəhərinə səfər edib.
ATF-dən verilən məlumata görə, səfər çərçivəsində Pohanq Taekvondo Federasiyası, Pohanq İdman Növləri Assosiasiyasının nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlərdə ATF-nin fəaliyyəti, beynəlxalq uğurları və inkişaf perspektivləri barədə məlumat verilib. Tərəflər arasında birgə layihələr, təlim-məşq toplanışları və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı