Azərbaycanlı cüdoçular Serbiyada təşkil olunacaq Gimnaziadada qüvvələrini sınayacaqlar
05 aprel 2025 633
Azərbaycan məktəbliləri Serbiyada keçiriləcək Gimnaziadada cüdo idman növü üzrə tam heyətlə təmsil olunacaqlar.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizi 18 çəki dərəcəsində 18 cüdoçu – 9 oğlan və 9 qız idmançı təmsil edəcək.
Qızlar arasında Fatimeyizəhra Məmmədzadə (36 kq), Nərgiz Məmmədova (40 kq), Yağmur Abdullayeva (44 kq), Şövkət Kərimova (48 kq), Sunay Məcidova (52 kq), Məleykə Əsədova (57 kq), Türkan Məmmədli (63 kq), Rəhimə İsmiəliyeva (70 kq) və Xədicə Quluzadə (+70 kq) tatami üzərinə çıxacaqlar.
Oğlan cüdoçular sırasına isə Fuad Rəhimli (38 kq), Fərid Rzazadə (42 kq), Aqil Nağıyev (46 kq), Rəhim Əliyev (50 kq), Nuru Sadıqzadə (55 kq), Aqşin Bayramov (60 kq), Davud Bayramov (66 kq), Mehdi Məhəmmədəli (73 kq) və Camal Bünyatov (+73 kq) daxildir.
Yarışlarda ölkəmizi həmçinin “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova da təmsil edəcək.
Qeyd edək ki, Gimnaziadada cüdo üzrə görüşlər aprelin 11–12-də Serbiyanın Luçani şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı