Azərbaycanlı hakim ilk dəfə triatlon üzrə beynəlxalq yarışa təyinat alıb
11 avqust 2025 - 11:23 609
Triatlon üzrə Azərbaycan milli komandasının baş məşqçisi, eyni zamanda hakim kimi fəaliyyət göstərən Balaheydər Kərimov ilk dəfə beynəlxalq yarışa təyinat alıb.
Federasiyadan bildirilib ki, o, Rumıniyanın İzvorani şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda debüt edib.
B.Kərimov beynəlxalq arenada fəaliyyətə hazırlıq məqsədilə iyunun 7-8-də Bişkekdə Qırğızıstan Triatlon Federasiyası və Asiya Triatlonunun təşkilatçılığı ilə keçirilən beynəlxalq hakimlik kursunu uğurla başa vurub.
“Bu yarış mənim üçün böyük təcrübə oldu. Gələcəkdə Azərbaycanı daha çox beynəlxalq yarışda layiqincə təmsil etməyə çalışacağam,” – deyə Balaheydər Kərimov bildirib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı