Xəbərlər

Azərbaycanlı həkim təyyarədə halı pisləşən azyaşlının həyatını xilas etdi

11 avqust 2023 282

İkinci MDB Oyunları üçün Belarusa yola düşən muay-tay üzrə Azərbaycan milli komandasının həkimi Dilbər Səfərova “Belaviya” hava gəmisində halı pisləşən azyaşlı belarusluya ilkin tibbi yardım göstərərək həyatını xilas edib.

Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Sərnişinlər arasında yeganə tibb işçisi olan Dilbər Səfərova tibbi yardımdan sonra uşağın vəziyyətinin stabil olduğunu bildirib: “Qıc olmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim, hərarətini aşağı salmaq üçün ona iynə vurdum”.

Azərbaycanlı həkim həyatı göstərişlə bağlı məcburi eniş edən təyyarədən uşağı endirərək onları gözləyən təcili tibbi yardım əməkdaşlarına təhvil verdikdən sonra təyyarəyə - komandasının yanına qayıdıb.