"Azərreyl"in kişi voleybol komandası da Azərbaycan çempionu olub
25 aprel 2025 819
Kişi voleybolçular arasında Yüksək Liqada 2024-2025-ci illər mövsümünün qalibi məlum olub.
Milli Gimnastika Arenasında təşkil olunan həlledici görüşdə “Murov Az Terminal" və “Azərreyl” komandaları üz-üzə gəliblər.
İlk görüşdə 3:0 hesablı qələbə qazanan "dəmiryolçular"a ikinci matçda çempionluq üçün iki set bəs edib. Bununla da kollektiv Azərbaycan Yüksək Liqasının qalibi olub.
Ötən gün "Azərreyl"in qadınlardan ibarət komandası "Abşeron"u "qızıl set"də məğlub edərək çempion adını qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı