Badminton üzrə Azərbaycan millisi dünya reytinqində irəliləyib
09 oktyabr 2025 - 12:10 663
Dünya Badminton Federasiyası (BWF) milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan yığması reytinqdə 4 pillə irəliləyərək 23-cü sıraya yüksəlib. Komandanın hesabında 2300 reytinq xalı var.
Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan Azərbaycan millisi ötən illər ərzində ümumi sıralamada 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı yerdə qərarlaşmışdı. Badminton yığması son 9 ay ərzində reytinqdə 22 pillə irəliləyib.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı
