Badmintonçularımız Skopye-2025-də mübarizəyə start verib
21 iyul 2025 - 12:39 711
Skopye-2025 çərçivəsində keçirilən badminton yarışlarına bu gün start verilib.
Bu gün komandamızın iki üzvü mübarizəyə başlayacaq.
Təmsilçilərimizdən artıq Əli Gözəlov ilk görüşünü keçirib. G qrupunda yarışan idmançımız ilk qarşılaşmasında çexiyalı Petr Brizayla üz-üzə gəlib. İdmançımız görüşü məğlubiyyətlə yekunlaşdırıb - 0:2.
Əli Gözəlovun növbəti rəqibi kosovalı Dionis Morina olacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da keçiriləcək.
Komandamızın daha bir üzvü Viktoriya Kumanyayeva Bakı vaxtı ilə saat 14:30-da danimarkalı Diya Mari Çeriyan ilə görüşəcək.
Qeyd edək ki, badminton yarışları Skopyedəki Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə təşkil olunur.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

