Badmintonçumuz dünya çempionatına qələbə ilə başlayıb
22 avqust 2023 1180
Danimarkanın paytaxtı Kopenhagendə badminton üzrə dünya çempionatı keçirilir.
Kişi badmintonçuların şəxsi kateqoriyasında mübarizə aparan millimizin üzvü Edi Reski Dviçayo mundiala qələbə ilə başlayıb.
Mübarizəyə 1/32 finaldan başlayan idmançımız ilk görüşündə ABŞ təmsilçisi Castin Ma ilə qarşılaşıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən Dviçayo yekunda 2:0 (21-14,21-17) hesablı qələbə qazanıb.
O, 1/8 finala yüksəlmək uğrunda keçiriləcək görüşdə 1/32 finalda ispaniyalı Pablo Abianı mübarizədən kənarlaşdıran Sinqapur badmintonçusu Loh Kin Yeşlə üz-üzə gələcək.
Kişi badmintonçuların qoşa yarışında isə Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi tailandlı Supak Jomkoh-Kittinuponq Kedren cütlüyünə 0:2 (13-21,12-21) hesabı ilə uduzub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan ... Ətraflı
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə ... Ətraflı