Xəbərlər

Bakı kənd və qəsəbələri arasında ikinci minifutbol turnirində növbəti turun oyunları baş tutub

15 aprel 2024 79

Bakı kənd və qəsəbələri arasında ikinci minifutbol turnirində üçüncü turun oyunları keçirilib. 

 

İlk olaraq "Əmircan" və "Bülbülə" üz-üzə gəlib. Komandalar arasında gərgin gedən mübarizə "Bülbülə"nin qalibiyyəti ilə yekunlaşıb - 6:3. Daha sonra "Yeni Suraxanı" və "Hövsan" qarşılaşması baş tutub. "Yeni Suraxanı" üstünlüyünü qoruyaraq "Hövsan"a 13:1 hesabı ilə qalib gəlib. Növbəti görüşlərdə "Şağan" "Zirə"yə 3:0, "Qala" "Türkan"a 3:1, "Qaraçuxur" "Keşlə"yə 19:1 hesabı ilə qalib gəliblər. "Əhmədli" və "Günəşli" arasında keçirilən görüşdə "Günəşli" komandası qalib olub - 12:2. "Şüvəlan" komandası "Binə"yə 1:5, "Buzovna" komandası "Mərdəkana" 1:11 hesabı ilə uduzublar.

 

Daha sonra turun növbəti oyunları keçirilib. "Nardaran" və "Maştağa” - 0:0, "Kürdəxanı" və "Pirşağı" - 0:0 komandaları arasında keçirilən görüşlərdə hesab açılmayıb. "Sabunçu" və "Ramana" arasında reallaşan görüş bərabər hesabla yekunlaşıb - 2:2. "Zabrat" və "Balaxanı" arasında baş tutan görüş "Zabrat" komandasının qalibiyyəti ilə bitib - 2:1. "Mehdiabad" və "Aşağı Güzdək" arasında keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0. "Görədil" "Məmmədli" komandasına 1:2 hesabı ilə məğlub olub. "Biləcəri" "Masazır" komandasına - 3:2, "Saray" isə "Binəqədi" komandasına 3:1 hesabı ilə qalib gəliblər. 

 

Turnirdə 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır.

 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlara mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.