Bakı Marafonunda rekord sayda iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
29 aprel 2025 520
“Bakı Marafonu 2025”ə qeydiyyat başa çatıb. Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək marafona 27 min iştirakçı qeydiyyatdan keçib. Bu, ötənilki marafonlarla müqayisədə ən yüksək iştirakçı sayıdır.
“Küləyə qalib gəl”ənlər sırasında Azərbaycan vətəndaşları ilə yanaşı, digər ölkələrdən qoşulanlar da olacaq. Yürüşdə fiziki imkanları məhdud şəxslər, Daun sindromlu uşaqlar da iştirak edəcəklər.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektləri olmaqla, ümumilikdə 21 km məsafəni əhatə edəcək. Marafon iştirakçıları qaçış zolağında kişi və qadın kateqoriyalarında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Bununla yanaşı, finişə çatan ilk 2000 iştirakçıya medallar, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar təqdim olunacaq.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında və marşrut üzrə müxtəlif ünvanlarda əyləncə zonası da yaradılacaq. Burada əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı