Bakı növbəti dəfə beynəlxalq şahmat festivalına ev sahibliyi edir
30 aprel 2026 - 15:55 25
Bakı Kristal Zalın Sərgi mərkəzində Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open - 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib.
AŞF prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıb. O, "Baku Open"in ənənəvi olaraq 2023-cü ildən təşkil olunduğunu xatırladıb:
"Bu festival münasibətilə şahmatsevərləri təbrik edirəm. Burada hər yaş qrupundan şahmatçı var. Turnirə rekord sayda iştirakçı qatılıb. Sizə ədalətli oyun və qələbələr arzulayırıq".
Ardınca Azərbaycan Şahmat Turu-2026-nın tanıtım videosu təqdim edilib.
Gənclər və idman naziri Fərid Qayıbov idman və şahmat bayramı münasibətilə təbriklərini çatdırıb:
"Azərbaycanda şahmat ənənələri çox böyükdür. Bu idman növündə böyük nəticələrimiz var. Azərbaycan Şahmat Federasiyası bu idman növünün təbliğatı və inkişafı üçün tədbirlər, yarışlar təşkil edir. Bu gün cənab Prezident İlham Əliyev Avropa çempionatında fərqlənən güləşçiləri qəbul edib. Bu, bütün idmançılar üçün motivasiyadır. Bütün iştirakçılara uğurlar arzulayıram".
Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.
Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.
Bənzər xəbərlər
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nda daha 2 medal qazanıblar
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən ... Ətraflı
Azərbaycan "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub
Azərbaycan komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə ... Ətraflı


.jpeg)
.jpeg)

