"Bakı və Sinqapurdakı treklər bizim ən yaxşı treklərimiz sayılır"
13 sentyabr 2024 733
"Red Bull"un meksikalı sürücüsü Serxio Peres idarə etdiyi bolidin hazırkı forması ilə bağlı açıqlama verib. 34 yaşlı pilot bildirib ki, Bakı və Sinqapurdakı treklər komanda üçün ən ciddi sınaqlar olacaq.
“Hesab edirəm ki, Bakı və Sinqapurdakı treklər bizim ən yaxşı treklərimiz sayılır. Əgər balansı qoruya bilsək, daha tez mübarizəyə qayıda bilərik. Şübhəsiz ki, Bakıdakı yarışa olan inamım yüksəkdir. Axı mən 2021 və 2023-cü illərdə Azərbaycanda qalib gəlmişəm. Lakin indi keçmiş nailiyyətləri xatırlamaq vaxtı deyil. Ümid edirəm ki, trasda düzgün tarazlığı tapa biləcəyəm. Bu, uğur üçün əsas amildir", - deyə racingnews365 Peresdən sitat gətirib.
Xatırladaq ki, Azərbaycan Qran-prisindən sonra yarışçılar növbəti həftə Sinqapurda trek mübarizəsinə başlayacaqlar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı