Xəbərlər

Bakıda badminton üzrə lisenziya turniri keçiriləcək

15 yanvar 2024 230

Bakı bu il badminton üzrə “Azerbaijan International 2024” beynəlxalq turnirinə ev sahibliyi edəcək.

Dünyanın dörd bir yanından badminton nəhənglərini bir araya gətirəcək yarış fevralın 8-də start götürəcək.

“Paris-2024” Yay Olimpiya Oyunlarına təsnifat xarakterli turnir Bakı İdman Sarayında keçiriləcək.