Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri keçirilir
28 mart 2025 909
Bu gün Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri start götürüb.
Yarışda 16 ölkədən idmançılar çıxış edəcək.
Gimnastlar həm çoxnövçülük, həm də fərdi yarışlarda mübarizə aparacaqlar.
Bu gün proqramın səhər hissəsində yeniyetmələr halqa və topla çıxış edəcəklər, daha sonra böyüklər bu növlərdə bacarıqlarını nümayiş etdirəcəklər.
Həmçinin qrup hərəkətləri komandaları çoxnövçülük yarışı çərçivəsində beş halqa ilə kompozisiya ifa edəcəklər.
Milli Gimnastika Arenasındakı yarış martın 30-da başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı