Bakıda cüdo üzrə "Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib
16 fevral 2024 145
Bakıda cüdo üzrə "Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib.
Əvvəlcə turnirdə iştirak edən 62 ölkənin bayrağı tamaşaçılara təqdim olunub.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva yarışın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs edib. O, idmana göstərilən qayğının günü-gündən artması nəticəsində Azərbaycanın gələcək illərdə də beynəlxalq turnirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev isə bu il müxtəlif yaş qruplarından olan cüdoçuların beynəlxalq arenada əldə etdiyi uğurlardan danışıb. O bildirib ki, ölkədə cüdo ilə məşğul olanların sayı ötən ilə nisbətən iki dəfə artıb.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Marius Vizer daim idmanın, xüsusilə də cüdonun inkişafına dəstək verən İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Sonra “Böyük dəbilqə” turnirində mübarizə davam etdirilib.
Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı