Bakıda dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq
22 aprel 2025 548
Mayın 21-24-ü aralığında Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.
ACF-nin mətbuat xidmətindən verilən məlumata görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır, namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdırlar.
Bildirilib ki, seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir. Seminar həmçinin məşqçilərin motivasiyasını artıracaq, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı