Bakıda gələn il keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəyişdirilib
25 oktyabr 2025 - 12:55 34
Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.
Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, yeni qərara görə, mundial gələn il oktyabrın 4–11-də baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.
Fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışları isə oktyabrın 11-də keçiriləcək.
Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.
Bənzər xəbərlər
Azərbaycanın paralimpiya çempionu dünya reytinqində liderliyini qoruyur
Dünya Parataekvondo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.
Azərbaycanın paralimpiya çempionu ... Ətraflı
Avropa çempionatı: Azərbaycanın 5 boksçusu finala yüksəlib, 3-ü bürünc medal qazanıb
Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri ... Ətraflı