Bakıda “Gimnastika hamı üçün” növü üzrə beynəlxalq turnirin açılış mərasimi olub
28 iyun 2025 - 19:35 335
Bakıda “Gimnastika hamı üçün” növü üzrə üçüncü beynəlxalq “Challenge”in açılış mərasimi keçirilib.
Dənizkənarı Milli Parkda təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Komandalar Bakı İdman Sarayından start götürərək orkestrlə birlikdə Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən əsas səhnəyə qədər yürüş ediblər.
Yarışda yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, 4 ölkə - Azərbaycan, Gürcüstan, Monqolustan və Uqandadan 900-ə yaxın iştirakçı və 52 komanda yer alıb. Azərbaycanı təkcə paytaxtdan olan komandalar deyil, həm də ölkənin müxtəlif bölgələrindən olan iştirakçılar təmsil ediblər.
İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalda ustad dərsləri, komandaların rəngarəng yürüşləri, gimnastika hamı üçün növü üzrə çıxışlar və hər yaş qrupunun zövqünə xitab edən əyləncə proqramları nümayiş olunub.
Festivalın keçirilməsində məqsəd gimnastikanın təkcə idman deyil, həm də sağlam həyat tərzinin nümunəsi, eyni zamanda, əyləncə forması olduğunu sübut etməkdir.
Qeyd edək ki, beynəlxalq “Challenge” turniri iyunun 29-da Qala şou ilə başa çatacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı