Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub
01 iyun 2024 943
Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi keçirilib.
Dənizkənarı Milli Parkda təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva gimnastika hamı üçün növünün Azərbaycanın 28 bölgəsində inkişaf etdiyini diqqətə çatdırıb. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə turnirdə iştirak edən azyaşlı idmançıları təbrik edən nazir müavini yarışın əsl bayram ab-havasında keçdiyini söyləyib.
Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti və Afrika Badminton Konfederasiyası Şurasının üzvü Odet Esembe Enqulu isə Bakıda olmaqdan xoşbəxt olduğunu bildirib.
Yarışda yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə 60-a yaxın komanda və 800-ə yaxın idmançı yer alıb. İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalda ustad dərsləri, komandaların rəngarəng yürüşləri, gimnastika hamı üçün növü üzrə çıxışlar və hər yaş qrupunun zövqünə xitab edən əyləncə proqramları nümayiş olunub.
Festivalın keçirilməsində məqsəd gimnastikanın təkcə idman deyil, həm də sağlam həyat tərzinin nümunəsi, eyni zamanda əyləncə forması olduğunu sübut etməkdir.
Qeyd edək ki, beynəlxalq “Challenge” turniri iyunun 2-də Qala şou ilə başa çatacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı












