Bakıda idman gimnastikası üzrə ölkə çempionatı və birinciliyinə start verilib
25 noyabr 2024 962
Bakıda kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci ölkə çempionatı və birinciliyinə start verilib.
Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar mübarizə aparıblar.
İdmançılar çoxnövçülük proqramında bacarıqlarını nümayiş etdiriblər. Qalib gələn gimnastlara medallarla yanaşı, diplom və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, ölkə çempionatına noyabrın 26-da yekun vurulacaq. Son yarış günündə idmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar və turnik üzrə proqramlarda qüvvələrini sınayacaqlar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı