Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək
15 dekabr 2023 155
Avropa Gimnastikasının təşəbbüsü ilə 2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək.
Yeni formatı ilə fərqlənəcək yarışın proqramına “çarpaz-qarşılaşmalar” salınıb. Bu, gimnastların təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlməsi üçün püşkatma əsasında birbaşa bir-biriləri ilə yarışdığı mübarizədir.
Qeyd edək ki, Avropa Kuboku martın 29-dan 31-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.
Yarışda mükafat fondu olacaq və qalibləri mükafatlandırma qaydaları mövcuddur.
Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Yarışda çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək. Avropa Kubokunda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı