Bakıda ilk dəfə kiber triatlon yarışı keçirilib
25 dekabr 2023 255
Bakıda “Triterra Baku Triathlon Club” və “Cyber Athletics Azerbaijan”nın birgə təşkilatçılığı ilə “CYBERWinD Olympic Series” adlı ilk kiber triatlon yarışı baş tutub.
Turnirdə “Triterra”, “Metak”, “Tristar” və “World Class Azerbaijan” klublarının təmsilçiləri olan 17 idmançı iştirak edib. Reqlamentə əsasən atletlər 40 kilometrə bərabər virtual məsafəni qət ediblər.
Finişə birinci Teymur Fərəcov (“Triterra” klubu) çatıb. Elçin Əliyev (“Tristar”) ikinci, Zaur Arkania (“Triterra”) üçüncü olub.
Kiber triatlon üzrə yarış Azərbaycanda ilk dəfə təşkil olunub. Turnirin gələcəkdə E-İdman Olimpiadasında Azərbaycan təmsilçilərinin müəyyən olunması üçün təsnifat xarakter daşıyacağı gözlənilir.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə keçirilib.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı