Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq
27 avqust 2025 - 11:58 660
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq.
Bu barədə Kamandan Oxatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq. Yarışlar kişi və qadın idmançılar arasında üç yaş kateqoriyası üzrə keçiriləcək: 16 yaşadək yeniyetmələr (30 metr məsafə), 16–18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə).
Üç gün davam edəcək çempionata avqustun 28-də saat 10:00-da Bayıl Stadionunda (ASKO Arena, Səbail rayonu) məşq sessiyaları ilə başlanılacaq. Avqustun 29-da sıralama atışları keçiriləcək. Turnirə 30 avqust tarixində 1/4 final mərhələsindən finaladək davam edəcək yarışlarla yekun vurulacaq. Günün sonunda qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.
Qeyd edək ki, turnir 28–30 avqust tarixlərində keçiriləcək.
Bənzər xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 ... Ətraflı