Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb
02 may 2024 934
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb.
Ümumi mükafat məbləği 40 000 avro təşkil edir.
Çarpaz qarşılaşmalarda qalib 8000, ikinci yer 5000, üçüncü yer 3000, dördüncü yer 2000, 5-8-ci yerlərin hər biri 1000, 9-16-cı yerin hər biri 500 avro qazanacaq. Böyüklərdən ibarət qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qalib 5000, gümüş medal qazanan 3500, bürünc medalçı 2500 avronun sahibi olacaq. Gənclər yaş qrupları yarışında komanda hesabında qalibi 1300, ikinci yeri tutanı 1000 və üçüncü yerin sahibini isə 700 avro gözləyir.
Qeyd edək ki, Avropa Kubokunda 34 ölkədən idmançıların iştirakı gözlənilir. Milli Gimnastika Arenasında təşkil olunacaq turnir mayın 3-5-də keçiriləcək.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı