Xəbərlər

Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinin rəsmi posteri təqdim olunub

31 yanvar 2024 193

Azərbaycan Cüdo Federasiyası (ACF) Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinin rəsmi posterini təqdim edib.

Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda 60-dan çox ölkədən 400-dən artıq idmançının iştirakı gözlənilir.

"Dünya Cüdo Turu" seriyasına daxil olan “Böyük Dəbilqə” fevralın 16-18-də baş tutacaq.

Biletləri www.iticket.az  saytından əldə etmək mümkündür.