Bakıda keçiriləcək "Formula 1" yarışı üçün bu günədək 7000-dən çox könüllü müsahibə mərhələsində iştirak edib
05 iyun 2025 606
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin müsahibə mərhələsi davam edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə mütəxəssisi Əli Xəlilov jurnalistlərə açıqlamasında bu günədək 7000-dən çox insanın müsahibə mərhələsində iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, ümumilikdə 31 mindən çox müraciət qeydə alınıb:
"Bu, Bakıda keçirilən turnirlər arasında rekord göstəricidir. Turnir üçün cəmi 2000 könüllü seçiləcək".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı