Bakıda keçiriləcək “Koreya səfiri kuboku”nda 150-dək taekvondoçu iştirak edəcək
12 oktyabr 2023 360
Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gənclər arasında “Koreya səfiri kuboku” keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil ediləcək yarışda 150-dək idmançı qüvvəsini sınayacaq.
2007-2009-cu il təvəllüdlü taekvondoçular 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlanlar 48 kiloqram, 55 kiloqram, 63 kiloqram, 73 kiloqram, +73 kiloqram, qızlar isə 44 kiloqram, 49 kiloqram, 55 kiloqram, 63 kiloqram və +63 kiloqram çəki dərəcələrində qalibi müəyyənləşdirəcəklər.
Mükafatçılar ATF və Koreya səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Koreya səfiri kuboku” oktyabrın 13-də baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib
Çinin Çendu şəhərində baş tutan illik toplantıda dünyanın 151 yerli ... Ətraflı
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı