Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib
19 aprel 2025 787
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib.
Milli Gimnastika Arenasında təşkil edilən turnirin ikinci günündə 39 ölkədən gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə bacarıqlarını nümayiş etdiriblər.
Çoxnövçülük üzrə fərdi proqramda italiyalı Sofia Raffaelli qızıl, ukraynalı Taisia Onofriçuk gümüş, Stiliana Nikolova bürünc medala sahib çıxıb.
Qrup hərəkətləri komandalarında isə Bolqarıstan birinci, Çin ikinci, Ukrayna yığması isə üçüncü yeri tutub.
Ötən gün start götürən yarışlara aprelin 20-də yekun vurulacaq. Ənənəyə uyğun olaraq bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı