Xəbərlər

Bakıda keçirilən hərbçilər arasında güləş üzrə dünya çempionatında ilk günün qalibləri mükafatlandırılıb

29 noyabr 2023 161

Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında ilk günün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunan tədbirdə qaliblərə medallar və kuboklar təqdim olunub.

Yarışın ilk günündə Azərbaycan idmançıları 4 qızıl, 1 gümüş, 1 bürünc medal qazanaraq Dövlət Bayrağımızı ucaldıb, Himnimiz səsləndirilib.

Dünya çempionatında kişilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qızıl medal qazanıblar.

Qadınların mübarizəsində Elnurə Məmmədova (52 kq) ikinci, Nərgiz Səmədova (50 kq) isə üçüncü yerləri tutublar.

Dünya çempionatı dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 26 güləşçi ilə təmsil olunur.