Bakıda kəndirlə mübarizə növü üzrə beynəlxalq "Turan Kuboku" yarışının açılış mərasimi keçirilib
31 may 2025 344
Bakıda kəndirlə mübarizə idman növü üzrə beynəlxalq "Turan Kuboku"nun açılış mərasimi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir bədii hissə ilə davam edib. Burada müxtəlif ölkələrin rəqs növləri izləyicilərə nümayiş etdirilib.
Yarışda 10 ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Pakistan, İran, Hindistan, Sudan, Səudiyyə Ərəbistan və Gürcüstan mübarizə aparacaq.
Yarış Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Milli İdman Növləri Assosiasiyasının, Avropa Kəndirlə Mübarizə Federasiyasının, həmçinin Beynəlxalq Kəndirlə Mübarizə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı