Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub
01 iyun 2025 537
Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçilığı ilə 13 yaşadək stolüstü tennisçilərin ölkə birinciliyinə yekun vurulub.
Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən Sofiya Trofimenko və Vaqif Babayev şəxsi yarışlarda birinci olublar.
Qoşa mübarizədə Yasəmən Həbibova - Mehin Mirzəbalayeva və Vaqif Babayev - Zərbah Muradov tandemi baş mükafata sahib çıxıblar.
Qarışıq-qoşa yarışlardan isə Həzrət Kamilov ilə Xədicə Babazadə qalib ayrılıb.
Qeyd edək ki, budəfəki ölkə birinciliyinə müxtəlif şəhər və rayonların 100-ədək idmançısı qatılıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı