Bakıda təşkil olunan Avropa Kubokunun açılış mərasimi keçirilib
01 may 2025 296
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku turnirinin açılış mərasimi olub.
Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov iştirakçı ölkələrin idmançılarına uğurlar arzulayıb. Bu həftə ərzində Azərbaycanın gimnastika ilə yanaşı, daha iki beynəlxalq yarışa - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2025" beynəlxalq reqatasına və cüdo birinciliyinə ev sahibliyi etdiyini vurğulayıb. O, ölkəmizdə idmana dövlət səviyyəsində yüksək qayğı göstərildiyini, bu qayğı çərçivəsində gimnastikanın inkişafına da nail olduğunu bildirib.
Rəsmi çıxışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir bədii hissə ilə davam edib.
Ölkəmizi fərdi yarışlarda Gövhər İbrahimova ilə Zöhrə Cəfərova təmsil edəcəklər.
Qeyd edək ki, Avropa Kubokunda 25 ölkədən 175 gimnast medal uğrunda öz qüvvələrini sınayacaq.
Bənzər xəbərlər
Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı
Qış Olimpiya Oyunları: Azərbaycan nümayəndə heyəti paraddan 11-ci keçəcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı