Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq həndbol turnirinin açılış mərasimi keçirilib
30 avqust 2025 - 20:45 507
Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq həndbol turnirinin açılış mərasimi olub.
Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, qurumun vitse-prezidenti Orxan Abbasov ənənəvi turnirin əhəmiyyətindən söz açıb, Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etməyin mənəvi borc olduğunu bildirib. Ümummilli Liderin siyasətinin bu gün də uğurla davam etdirildiyini deyən O.Abbasov Azərbaycan idmanının dünya arenasında layiqincə təmsil olunmasının Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.
Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbir bədii hissə ilə sona çatıb.
Qeyd edək ki, bu gün başlanan turnirə sentyabrın 3-də yekun vurulacaq. Yarışda Qazaxıstanın “Astana” və Özbəkistanın OKMK komandaları mübarizə aparır. Ölkəmizi isə “Kür”, “Qarabağ” və “Bakı” kollektivləri təmsil edir.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı