Bakıda üzgüçülük hovuzunun yenidənqurmadan sonra açılışı olub
09 yanvar 2024 226
Yanvarın 9-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üzgüçülük hovuzunun yenidən qurulması və tədris binasının əsaslı təmirindən sonra açılış mərasimi keçirilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar onun xatirəsinə ithaf olunan idman obyektinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev, Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) icraçı direktor Təhminə Tağı-zadə və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə idman obyektində əsaslı təmirdən sonra yaradılmış şəraitlə bağlı məlumat verilib. Diqqətə çatdırılıb ki, hovuzda üzgüçülük, suya tullanma, su polosu, sinxiron üzgüçülük növləri tədris oluna bilər.
Sonra Azərbaycan millisinin üzvləri və ASAPES tələbələri üzgüçülük hovuzunda nümunəvi çıxışlar ediblər.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı