Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
01 oktyabr 2026 - 10:15 131
Bakıda üzgüçülük üzrə Dünya Kubokuna start verilib.
İlk yarış günündə idmançılar təsnifat mərhələsində qüvvələrini sınayacaqlar.
Turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparır.
Azərbaycanı yarışda 15 idmançı təmsil edir. Bunlar Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Fərhad Şirməmmədli, Ramal Sadiqli, Amin Oruclu, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Vlastilina Xasyanova və Yeqor Maynitskidir.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı