Bakıda üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının III final mərhələsi keçiriləcək
17 dekabr 2024 768
Dekabrın 28-də Bakıda üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının III final mərhələsi start götürəcək.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən, yarışda 200-ə yaxın idmançı mübarizə aparacaq.
Bakı Su İdman Sarayında bir gün davam edəcək “Parlaq Ulduz” Uşaq Liqasının final mərhələsinin qalibləri diplom və medallarla təltif olunacaqlar. Həmçinin ən yüksək xal toplayan üzgüçülər Bakı şəhər yığmasının tərkibinə daxil ediləcəklər.
Qeyd edək ki, yarış Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhəri Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı