Xəbərlər

Bakıda yeni idman obyektləri istifadəyə verilib

25 yanvar 2024 187

Bakıda “Dreamland” kompleksində yeni idman fitnes mərkəzləri - “Dream Trampoline”in və “Dream Body Athletic Club & Spa” istifadəyə verilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Fərid Qayıbov mərkəzin açılış mərasimində iştirak edib.

Açılışda mərkəzin xidmətləri və idmançılar üçün yaradılmış şərait barədə məlumat verilib, burada quraşdırılmış müasir idman avadanlıqlarının üstünlükləri nümayiş etdirilib.