Bakıdakı Avropa Kubokunda iştirak edəcək gimnastlarımız müəyyənləşdi
29 aprel 2024 987
Bakıda ilk dəfə keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, fərdi proqramda İlona Zeynalova qüvvəsini sınayacaq.
Qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda medallar uğrunda mübarizə aparacaq.
Turnirdə 34 ölkənin idmançıların iştirakı gözlənilir. Milli Gimnastika Arenasında təşkil olunacaq yarış mayın 3-5-də keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı