Bakıdakı bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turnirində ilk qaliblər müəyyənləşib
14 dekabr 2024 858
Bakıda keçirilən bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turnirinə start verilib.
Milli Gimnastika Arenasında təşkil olunan yarışda 2009-2018-ci il təvəllüdlü gənc gimnastlar ayrı-ayrı alətlərdə qüvvələrini sınayıblar. Turnirdə xarici ölkələrdən bədii gimnastlar da bacarıqlarını nümayiş etdiriblər.
İlk yarış günündə 2016-cı, 2017-ci, 2018-ci il təvəllüdlü idmançılar arasında qaliblər müəyyənləşib. Yer tutanlara medal, diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "Qış nağılı"na dekabrın 15-də yekun vurulacaq. Turnir, həmçinin gələn ildən qüvvəyə minəcək yeni yarış qaydalarını mənimsəmək məqsədi daşıyır.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı