Bakıdakı “TeamGym” üzrə Avropa çempionatında ilk qaliblər bəlli olub
18 oktyabr 2024 1140
Bakıda keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında ilk qaliblər müəyyənləşib.
Turnirin üçüncü günündə ilk olaraq yeniyetmə oğlanlardan ibarət 5 kollektiv “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində çıxış edib.
Üç proqramın cəminə əsasən, 56.300 toplayan Danimarka komandası qızıl medal qazanıb. İsveç yığması 53.550 xalla gümüş, Norveç millisi isə 52.700 xalla bürünc mükafata layiq görülüb.
İslandiya (46.000) və Böyük Britaniya (44.800) yığmaları isə müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.
Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub. Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə ilk üç yeri tutan komandalara medal və hədiyyələr təqdim olunub.
Bu gün həmçinin, qızlar və qarışıq komandalar arasında qaliblər bəlli olacaq.
Qeyd edək ki, 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə oktyabrın 19-da yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı
