Bakuriani-2025 Avropa Gənclərinin Qış Olimpiya Festivalının “Sülh Alovu” məşəli yandırılıb
20 dekabr 2024 981
Dekabrın 19-da İtaliyanın paytaxtı Roma şəhərində Bakuriani-2025 XVII Avropa Gənclər Qış Olimpiya Festivalı (EYOF) üçün "Sülh alovu" məşəlinin rəsmi işıqlandırma mərasimi keçirilib.
9-16 fevral 2025-ci il tarixlərdə Gürcüstanın Bakuriani şəhərində keçiriləcək XVII Avropa Gənclər Qış Olimpiya Festivalının məşəlyandırma mərasimində Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralos, Gürcüstan Olimpiya Komitəsinin prezidenti Leri Khabelov, AOK-un və “Bakuriani-2025" Təşkilat Komitəsinin nümayəndələri Romadakı tarixi Mercati di Traianoda da bir araya gəliblər.
“Sülh Alovu” məşəlinin İşıqlandırma Mərasimi Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralosun açılış nitqi ilə başlayıb:
"Biz fəxr edirik ki, EYOF Avropanın hər yerindən minlərlə istedadlı gənc idmançıya Olimpiya dəyərlərini qəbul etməklə yanaşı, elit multi-idman tədbirində iştirak etmək üçün şərait yaradacaq. Bakuriani-2025-ə rəsmi olaraq “Sülh Alovu”nun işıqlandırılması mərasimi ilə başlayacaq"-deyə bildirib.
Mərasim zamanı alovlandırılan "Sülh alovu" məşəli EYOF-a ev sahibliyi edən Gürcüstana aparılacaq. 2025-ci il fevralın 9-da Bakuriani şəhərində keçiriləcək Avropa Gənclərinin Qış Olimpiya Festivalının açılış mərasiminin məşəli kimi istifadə olunacaq.
Qeyd edək ki, Olimpiya ənənələrinə əsaslanaraq, "Sülh alovu" Olimpiya Hərəkatının mükəmməllik, hörmət və dostluq dəyərlərini simvolizə etməklə, idmanın birləşmək gücünü təmsil edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı


