"Barselona" prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
17 noyabr 2024 944
İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
O, abidənin önünə əklil və gül dəstələri qoyub.
Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Qeyd edək ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı