Basketbol Liqasında növbəti turun proqramı müəyyənləşib
06 mart 2025 753
Azərbaycan Basketbol Liqasında XVII turun proqramı açıqlanıb. Tura martın 7-də A qrupunda yer alan NTD - "Naxçıvan" komandalarının oyunu ilə start veriləcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək oyun saat 19:00-da başlayacaq. Ertəsi gün basketbol azarkeşləri daha üç oyun izləyəcəklər. Meydana əvvəlcə A qrupunun iştirakçıları olan "Sabah" və "Neftçi" komandaları çıxacaq. Saat 12:30-da başlayacaq oyun "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. Günün ikinci oyunu da "Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq. Saat 16:00-da başlayacaq oyunda "Quba" və "Şəki" komandaları üz-üzə gələcək.
Abşeron Olimpiya İdman Kompleksində isə "Abşeron" və "Sərhədçi" komandaları qarşılaşacaq. Oyuna saat 19:00-da start veriləcək. Tura martın 9-da keçiriləcək iki oyunla yekun vurulacaq. Meydana əvvəlcə "Gəncə" və "Lənkəran" komandaları çıxacaq. Gəncə İdman Sarayında təşkil olunacaq oyun saat 14:00-da başlayacaq. Tura saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində start götürəcək "Sumqayıt" - "Ordu" oyunu ilə yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı