Basketbol üzrə Dünya Seriyasının Bakıda keçiriləcək mərhələsinin iştirakçıları müəyyənləşib
04 avqust 2025 - 14:15 612
Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Bakıda keçiriləcək mərhələsinin iştirakçıları müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, yarışda 13-ü milli, 3-ü klub olmaqla ümumilikdə 16 komanda iştirak edəcək.
Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya yığmaları və Xorvatiyanın “Zaqreb”, Çinin “Şanxay”, Rumıniyanın “Rapid” klubları çempionluq uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, avqustun 23-24-də keçiriləcək Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı