Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları məlum olub
17 iyul 2025 - 10:14 574
Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları məlum olub.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, Sumqayıt mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışda ümumilikdə 16 kollektiv iştirak edəcək. Onlardan 12-si milli (Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya), 4-ü isə klub olacaq (“Karolina”(Puerto Riko), “Pekin”(Çin),“Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya).
Qeyd edək ki, Sumqayıt mərhələsinin oyunları 26-27 iyulda şəhərin dənizkənarı bulvarında baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı